525.Az

Rusiya aviaşirkəti Azərbaycanın 3 regionuna uçuşlara başlayır


 

Rusiya aviaşirkəti Azərbaycanın 3 regionuna uçuşlara başlayır<b style="color:red"></b>

Rusiyanın “RusLayn” aviaşirkəti Azərbaycana 3 istiqamət üzrə uçuşlara başlayır. 

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aviaşirkət uçuşları Ufa-Bakı, Samara-Bakı istiqamətində həftədə 3 dəfə, Moskva-Naxçıvan istiqamətində isə həftədə 5 dəfə yerinə yetirəcək. 

Bundan başqa, “Severnıy veter” aviaşirkətinin öz təşəbbüsü ilə Yekaterinburq-Lənkəran istiqamətində uçuşları dayandırdığı bildirilir.

 





06.02.2018    çap et  çap et