525.Az

İsa Sadıxov beynəlxalq axtarışa verilib


 

İsa Sadıxov beynəlxalq axtarışa verilib<b style="color:red"></b> Müdafiə Nazirinin keçmiş müavini və sabiq hərbi hissə komandiri İsa Sadıxov beynəlxalq axtarışa verilib. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə vesti.az-a hüquq-muhafizə orqanlarındakı mənbədən məlumat daxil olub.

Məlumata görə, Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi İstintaq İdarəsi tərəfindən  İsa Sadıxova qarşı Cinayət Məcəlləsinin 341.3 maddəsi ilə cinayət işi qaldırılıb. İ. Sadıxov hərbi və ya döyüş vəziyyətində vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Hazırda faktla bağlı istintaq gedir.

Keçmiş hərbi hissə komandiri və nazir müavini hazırda Norveçdə mühacir həyatı yaşayır. Bir qədər əvvəl o, Türkiyədə, daha sonra isə Gürcüstanda olub.
 





19.06.2013    çap et  çap et