525.Az

Fəxri xiyabanda Qara Qarayevin xatirəsi anıldı


 

Fəxri xiyabanda Qara Qarayevin xatirəsi anıldı<b style="color:red"></b>

Dünən dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anım mərasimi keçirilib.

Tədbir sənətkarın doğum gününə, anadan olmasının 100 illiyinə həsr olunub. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gedərək Qara Qarayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan natiq, dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb.

Tədbirdə dahi bəstəkarın keçdiyi dərslərin yüksək peşəkarlığından söhbət açılıb və qeyd olunub ki, görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə özünün möhtəşəmliyini və mükəmməlliyini təkrar-təkrar sübut edir.

ŞAHANƏ

 





06.02.2018    çap et  çap et