525.Az

Adanada Cahangir Novruzovun yeni tamaşası göstərildi


 

Adanada Cahangir Novruzovun yeni tamaşası göstərildi<b style="color:red"></b>

Türkiyənin Adana şəhərində yaşayıb-çalışan görkəmli sənətkarımız, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, yunan yazıçı Yakovos Kambanellisin "Möcüzələr həyəti" əsəri ("Harikalar Avlusu") əsasında hazırlanmış eyniadlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş rejissoru və "Altın Koza" Film Festivalının baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak ediblər.

Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.

Sonda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyə sədri Hüseyn Sözlüyə təşəkkür edib.

ŞAHANƏ

 





06.02.2018    çap et  çap et