525.Az

Böyük Səhraya qar yağdı


 

Böyük Səhraya qar yağdı<b style="color:red"></b>

Əlcəzairin şimal-qərbində, Böyük Səhrada yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb. 

APA-nın “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı. 

Daha əvvəl isə Ayn-Səfra sakinləri qarı 1979-cu ilin fevralın 18-də  müşahidə ediblər. 

Səhranın bu hissəsində havanın temperaturu ilin bu vaxtında adətən 6-12 dərəcə təşkil edir.

 





07.02.2018    çap et  çap et