525.Az

Tramp immiqrantların seçimi üzrə milli mərkəz yaradıb


 

Tramp immiqrantların seçimi üzrə milli mərkəz yaradıb<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp immiqrantların seçimi və ABŞ vizasının alınması üzrə milli mərkəz yaradıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.    

Məlumata görə, yeni mərkəz Daxili Təhlükəsizlik Nazirliyinin çərçivəsində yaradılacaq və onun fəaliyyəti Dövlət Departamenti, Ədliyyə Nazirliyi və milli kəşfiyyat direktorunun ofisi ilə əlaqələndiriləcək.   

Layihənin reallaşdırılması planı altı ay ərzində hazırlanaraq təqdim edilməlidir.

 





07.02.2018    çap et  çap et