525.Az

“Mübariz” filmini tanınmış iş adamı maliyyələşdirəcək


 

“Mübariz” filmini tanınmış iş adamı maliyyələşdirəcək<b style="color:red"></b>

“Mübariz” filminin çəkilişi ilə bağlı bütün hazırlıqlar başa çatıb, aktyor və aktrisalar müəyyənləşib. Filmin xərclərini tanınmış iş adamı Fərhad Əhmədov öz üzərinə götürüb”.

Bu barədə ekran işinin təşkilatçıları tərəfindən məlumat verilib.

Bildirilib ki, “Mübariz” filmi Milli Qəhramanımızın daim yaddaşlarda qalması, gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi məqsədi ilə ərsəyə gətilir.

Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.İbrahimov 2010-cu ilin iyunun 19-da düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 





07.02.2018    çap et  çap et