525.Az

ABŞ rəsmisi "Azadlıq" radiosu məsələsini Azərbaycan rəsmiləri ilə müzakirə etdi


 

ABŞ rəsmisi "Azadlıq" radiosu məsələsini Azərbaycan rəsmiləri ilə müzakirə etdi<b style="color:red"></b>

""Azadlıq" radiosunun bağlanması məsələsini Azərbaycan rəsmiləri ilə görüşlərdə müzakirə etdik. Bu barədə ABŞ-a qayıdarkən məruzə edəcəyəm". 

APA-nın məlumatına görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib. 

B. Brink "Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsiri barədə suala cavab vermək istəməyib. 

"Mən Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsirini deyə biləcək şəxs deyiləm. Lakin mediada fərqli mövqelərin mövcudluğu etibarlı xəbərin əldə edilməsinə şərait yaradır. Bu, ümumi işin vacib hissəsidir", - deyə xanım Brink qeyd edib.

 





07.02.2018    çap et  çap et