525.Az

Rusiyanın ötən il Azərbaycana satdığı silah və texnikanın siyahısı açıqlanıb


 

Rusiyanın ötən il Azərbaycana satdığı silah və texnikanın siyahısı açıqlanıb<b style="color:red"></b>

Rusiya 2012-ci ildə Azərbaycana helikopterlər, artilleriya və hava hücumundan müdafiə sistemləri satıb.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi 2012-ci il ixracat hesabatında qeyd olunub.
 
Hesabatda bildirilir ki, 2012-ci ildə Rusiya Azərbaycana 8 ədəd zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı gerçəkləşdirilib.
 
Rusiya 2011-ci ildə Azərbaycana 4 ədəd zərbə helikopter satdığı barədə BMT-yə məlumat verib.

 





19.06.2013    çap et  çap et