525.Az

ABŞ koalisiyası Suriya ordusunu atəşə tutdu


 

ABŞ koalisiyası Suriya ordusunu atəşə tutdu<b style="color:red"></b>

ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı koalisiya qüvvələri Suriya hökumət ordusunu atəşə tutub.

APA-nın məlumatına görə, bu barədə Reuters xəbər verib.

Hücuma səbəb kimi Fərat çayından şərqdə kürd döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinin iqamətgahının atəşə tutulması göstərilib. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.

“Suriyada əsas məqsəd İŞİD-yə qarşı mübarizədir, lakin koalisiyanın özünü müdafiə etmək hüququ var”, koalisiyasının komandanlığından bildiriblər.

 





08.02.2018    çap et  çap et