525.Az

Demokratların Nümayəndələr Palatasındakı lideri fasiləsiz 8 saat çıxış edib


 

Demokratların Nümayəndələr Palatasındakı lideri fasiləsiz 8 saat çıxış edib<b style="color:red"></b>

Demokratların ABŞ Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi 8 saatlıq fasiləsiz nitqi ilə rekorda imza atıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 77 yaşlı N.Pelosi çıxışı zamanı fasilə etməyib, yalnız su içib. 

N.Pelosi demokrat və respublikaçıları büdcəyə dair razılığa gələrkən immiqrantların problemlərinə biganə qalmaqda günahlandırıb. 

Yerli vaxtla saat 10:00-da nitqinə başlayan N.Pelosiyə saat 17:00-da bildiriblər ki, o artıq Konqresin aşağı palatasında fasiləsiz çıxışa görə rekordu yeniləyib. N.Pelosi nitqini saat 18:10-da yekunlaşdırıb. 

Bundan əvvəlki rekord konqresmen Ceyms Klarka məxsus olub. O, 1909-cu ildə Nümayəndə Palatasında fasiləsiz 5 saat 15 dəqiqə nitq söyləyib.

 





08.02.2018    çap et  çap et