Gənclər və idman naziri Azad Rəhimov Fələstində "Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı" mövzusunda keçirilən konfransda iştirak edib.
Nazirlikdən verilən məlumata görə, konfransın açılışı zamanı Mərakeş, Bəhreyn, Küveyt, Pakistan, Qətər, İordaniya, Türkiyə və digər ölkələrin idmana məsul nazirləri çıxış ediblər. Açılış mərasiminin sonunda Fələstin prezidenti Mahmud Abbasın çıxışı dinlənilib.
Tədbirdə çıxış edən A.Rəhimov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlər, layihələr haqqında məlumat verib. Nazir, eyni zamanda, İslam dünyası gənclərinin bəşəriyyətdə sülhün inkişafına, insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir gəstərəcəyini xüsusi olaraq diqqətə çatdırıb.
Nazir tədbir zamanı müxtəlif ölkələrin idmana məsul nazirlərini bu ilin aprel ayında Bakıda keçiriləcək Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransına dəvət edib.
CEYHUN
çap et