525.Az

Əfqan Muxtarlı 2 günlük azadlığa buraxıldı


 

Əfqan Muxtarlı 2 günlük azadlığa buraxıldı<b style="color:red"></b>

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb. 

APA-nın məlumatına görə, Ə. Muxtarlıya yas mərasimində iştirak etmək üçün 2 gün icazə verilib. 

Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci il dekabrın 31-də jurnalistin Zaqatala şəhərində kirayədə yaşayan bacısı Muxtarlı Nuranə Sabir qızının, onun azyaşlı övladının, eləcə də qardaşı Ramazan Muxtarlının azyaşlı övladının meyitləri aşkarlanıb.

 





08.02.2018    çap et  çap et