Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində, Ağdam rayonunun işğal olunmuş Mərzili və Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
çap et