525.Az

Türkiyə və İran prezidentləri arasında telefon danışığı


 

Türkiyə və İran prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. 

APA-nın “TGRTHaber”ə istinadən verdiyi məlumata görə, söhbət zamanı Suriya məsələsi ilə bağlı son vəziyyət müzakirə edilib. 

Ərdoğan Suriya məsələsi ilə bağlı Soçidə keçirilən sammitin davamı olaraq növbəti görüşün İstanbulda keçirilməsinin nəzərdə tutulduğunu deyib. 

Söhbət əsnasında həmçinin regional məsələlər, terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 





09.02.2018    çap et  çap et