525.Az

Siyasətçi Ramiz Tağıyev azadlığa buraxılıb


 

Siyasətçi Ramiz Tağıyev azadlığa buraxılıb<b style="color:red"></b>

Siyasətçi, keçmiş cəbhəçi Ramiz Tağıyev azadlığa buraxılıb. Bu barədə APA-ya Ramiz Tağıyev özü məlumat verib.

O qeyd edib ki, bu gün Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edərək, barəsində çıxarılmış həbs qəti-imkan tədbirini ləğv edib. Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olub.
 
R.Tağıyev bildirib ki, o Ali Məhkəmənin bu qərarını ədalətin bərpa olunması kimi qiymətləndirir: “Mən bu gün əmin oldum ki, Azərbaycan məhkəmələrində ədalət artıq bərpa olunub”.
 
Qeyd edək ki, R.Tağıyev 2010-cu ildə Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur.

 





20.06.2013    çap et  çap et