525.Az

"ABŞ Suriyanı parçalamağı planlaşdırmır"


 

"ABŞ Suriyanı parçalamağı planlaşdırmır"<b style="color:red"></b>

İŞİD terror qruplaşmasını məhv etmək ABŞ-ın Suriyada yeganə məqsədidir. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert  bildirib. H.Nauert bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun ABŞ-ın Suriyanı parçalamaq niyyətində olmasına dair bəyanatını şərh edərkən bildirib.   

“ABŞ-ın yeganə məqsədi İŞİD-i məhv etməkdir, bunu hamı bilir. Budur bizim Suriyada mövcudluğumuzun yeganə səbəbi”, - deyə zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.    

“ABŞ-ın Suriyada olmasının daha bir səbəbi bu ölkədə vəziyyəti sabitləşdirmək, onu Cenevrə prosesindən keçirmək və gələcəkdə seçkilərə yaxınlaşdırmaqdır”, - deyə   nümayəndə qeyd edib.

 





09.02.2018    çap et  çap et