525.Az

Xalq artisti Nuriyyə Əhmədova anıldı


 

Xalq artisti Nuriyyə Əhmədova anıldı<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq artisti Nuriyyə Əhmədovanın xatirə gecəsi keçirilib.

Fonddan AƏRTAC-a bildirilib ki, tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Nuriyyə xanımın həyat və yaradıcılığından geniş söz açıb. Onun canlandırdığı ekran əsərlərindəki rolların xatirələrdən silinməyəcəyini vurğulayıb.

Kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə, Xalq artisti Şamil Süleymanov, Əməkdar artistlər Elxan Qasımov, Əjdər Həmidov, Xalidə Quliyeva, kinooperator Kənan Məmmədov onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Nuriyyə xanımın rol aldığı filmlərdən fraqmentlər göstərilib, ona həsr edilmiş fotosərgi nümayiş etdirilib.

 





09.02.2018    çap et  çap et