525.Az

“Ağ evin aparat rəhbəri istefaya getmək niyyətində deyil”


 

“Ağ evin aparat rəhbəri istefaya getmək niyyətində deyil”<b style="color:red"></b>

Ağ evin aparat rəhbəri Con Kelli istefaya getmək niyyətində deyil. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin mətbuat katibinin müavini Xoqan Qidli bildirib. 

“Con Kelli istefa verməyib və vəzifəsindən getmək niyyətində deyil”, deyə Ağ Ev rəsmisi vurğulayıb. 

Qeyd edək ki, bu günlərdə Ağ Ev aparatının katibi Robert Porter istefa verib. Porterin iki sabiq həyat yoldaşı onu məişət zorakılığında ittiham edib.

 





10.02.2018    çap et  çap et