525.Az

Seulda Cənubi Koreya və KXDR arasında tarixi görüş başlayır


 

Seulda Cənubi Koreya və KXDR arasında tarixi görüş başlayır<b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşmək üçün dövlət başçısının Seuldakı iqamətgahına gəlib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın nümayəndə heyətinə ölkə rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon başçılıq edir. 

Məlumata əsasən, danışıqlardan sonra Mun Çje İn və Kim Yo Çjon hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nahar edəcəklər. Bu, KXDR liderinin ailə üzvünün Cənubi Koreyaya ilk səfəridir. 

Bundan əvvəl Cənubi Koreyanın prezidenti və KXDR rəhbərinin bacısı Pxençxanda Qış Olimpiya Oyunlarının açılış mərasimində bir-birilərinin əllərini sıxıblar.

 





10.02.2018    çap et  çap et