525.Az

Tillersonun Yaxın Şərq turnesi başlayır


 

Tillersonun Yaxın Şərq turnesi başlayır<b style="color:red"></b>

ABŞ-ın dövlət katibi Reks Tillersonun Yaxın Şərq turnesi başlayır.

APA-nın xəbərinə görə, turne çərçivəsində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfərlər nəzərdə tutulub.   

Turne fevralın 11-dən 16-dək davam edəcək.   

Qeyd olunan ölkələrin rəhbərliyi ilə danışıqlar zamanı ikitərəfli münasibətlər, təhlükəsizlik və terrorla mübarizə məsələləri müzakirə ediləcək. 

Turne çərçivəsində həmçinin iki geniş mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. 

 





11.02.2018    çap et  çap et