525.Az

Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - Yenilənib


 

Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - <b style="color:red">Yenilənib </b>

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. 

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.

*** 16:58 

Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib. 

Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb.  

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

*** 16:41 

Rusiyada sərnişin təyyarəsi radardan itib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib. 

Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.

 





11.02.2018    çap et  çap et