525.Az

Cəfər Cabbarlının qızı vəfat etdi


 

Cəfər Cabbarlının qızı vəfat etdi<b style="color:red"></b>

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib. 

APA-nın xəbərinə görə, Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib. 

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub. 

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.

 





13.02.2018    çap et  çap et