525.Az

Xalq artisti Kamil Vəzirov vəfat etdi - Yenilənib


 

Xalq artisti Kamil Vəzirov vəfat etdi - <b style="color:red">Yenilənib </b>

Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək.  

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq. 

*** 13:47 

Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib. 

Bu barədə APA-ya məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov verib.

O bildirib ki, K. Vəzirovla vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşdirilir.

 





13.02.2018    çap et  çap et