525.Az

Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü qeyd edildi - Fotolar


 

Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü qeyd edildi - <b style="color:red">Fotolar</b>

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü qeyd olunub. Bununla bağlı Xidmətin Aparatının inzibati binasında tədbir keçiriib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. General-leytenant A.Rəhimov qeyd edib ki, Sə­fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində Azərbaycan Respublikasının Pre­zidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İl­ham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, qarşıya qoyulmuş vəzifə və tapşırıqları müvəffəqiyyətlə həyata keçirib. General-leytenant A.Rəhimov diqqətə çatdırıb ki, ölkə başçısının tələbi hər bir məmurun Azərbaycan Res­publikasının vətəndaşına xidmət göstərməsindən, on­la­rın müraciətlərinə həssaslıqla yanaşılmasından, və­tən­daş-məmur məmnunluğunun təmin edilməsindən iba­rət­dir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bu tapşırıq və tövsiyələri rəhbər tutaraq bu gün xidməti fəaliyyətlərini davam et­di­rirlər.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları oxunib,  dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

Tədbirdə çıxış edən qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 6 il ərzində böyük nailiyyətlər qazanıldığını  və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd ediblər.

Tədbirin sonunda Xidmətin fəaliyyətindən bəhs edən “Qələbəyə səfərbər ol” sənədli filmi nümayiş etdirilib.

 





13.02.2018    çap et  çap et