525.Az

"Könüldən-könülə": şeirlə musiqi vəhdətdə


 

"Könüldən-könülə": şeirlə musiqi vəhdətdə  <b style="color:red"></b>

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində "Könüldən-könülə" adlı musiqili poeziya gecəsi keçirilib.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları olmuş və hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə (skripka), Mədinə Bağırova (fortepiano) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseynağa Aslanovun təşkilatçılığı ilə baş tutan  tədbirdə məqsəd gənclərdə klassik musiqiyə, eləcə də sözə, poeziyaya daha çox diqqət, maraq artırmaqdır.

Musiqili poeziya gecəsi tamaşaçılara rəngarəng və maraqlı proqramla təqdim olunub.

ŞAHANƏ

 

 





14.02.2018    çap et  çap et