525.Az

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi


 

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi<b style="color:red"></b>

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib. 

APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. 

"Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, M.Saakaşvili yazıb. 

Eyni zamanda, o Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb. 

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

 





14.02.2018    çap et  çap et