525.Az

Türkiyə ilə Azərbaycan arasında “qardaş məktəb” layihəsi


 

Türkiyə ilə Azərbaycan arasında “qardaş məktəb” layihəsi<b style="color:red"></b>

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət Liseyi (Güzel Sanatlar Lisesi) arasında “qardaş məktəb” layihəsi hayata keçirilib.
 
İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgi və konsertlərin təşkili və digər fəaliyyətlərin aparılması nəzərdə tutulub.

Bugünlərdə layihə çərçivəsində İncəsənət Gimzaniyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib.

Türkiyədən gələn musiqi və rəssamlıq ixtisası şagirdləri azərbaycanlı həmyaşıdları ilə fevralın 15-i, saat 13:00-da İncəsənət Gimnaziyasında birgə tədbir keçirəcəklər.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutacaq tədbirdə hər iki ölkədən rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak edəcəklər.

Qeyd edək ki, “Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir. 

Sizi, dəyərləri media mənsublarını tədbirdə iştirak etməyə dəvət edirik

Program: 15 Fevral 2018, Saat:13:00-15:00, Azerbaycan Tehsil Nazirliği AMK terkibinde Azerbaycan İncesenet Gimnazisi Konser Zalı, Türkiye Zeki Müren Güzel Sanatlar Lisesi ile AMK terkibinde Azerbaycan İncesenet Gimnazisinin “Kardeş Okul” Projesinin Kutlama töreni:

Konuşmacı resmi ve özel konuklar, plaketlerin takdim edilmesi, Özel Konser ve Resim Serginin açılışı, “Kardeş Okul” kutlama töreni ve ziyafeti…

Ünvan: A.Elesgerov küç.506, : (+994 12) 510-49-05, (+994 12) 539-21-06

 





14.02.2018    çap et  çap et