525.Az

CAR prezidenti istefa verdi


 

CAR prezidenti istefa verdi<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu  barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib. 

“Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib. 

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək. 

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

 





15.02.2018    çap et  çap et