525.Az

ABŞ-da məktəbə silahlı hücum: 17 ölü - Yenilənib


 

ABŞ-da məktəbə silahlı hücum: 17 ölü - <b style="color:red">Yenilənib</b>

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Brouder  dairəsinin şerifi Skott İsrael bildirib. 

Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. “Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülüldüyünü təsdiqləyib. 

“Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o, daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib”, - deyə, S.İsrael bildirib. 

Qeyd edək ki, Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir. 

*** 04:02 

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 15 nəfər ölüb, 50-yə yaxını müxtəlif dərəcəli xəsarətlər alıb. 

APA-nın məlumatına görə, bu barədə CNN xəbər verib. 

Məlumata əsasən, 18 yaşlı gənc məktəbə daxil olaraq şagirdlərə atəş açıb. Onun əvvəllər həmin məktəbdə təhsil aldığı məlum olub. Hücumun əsəb pozuntusu səbəbindən törədildiyi ehtimal edilir. Adı açıqlanmayan gənc saxlanılaraq xəstəxanaya yerləşdirilib, onun adı açıqlanmır.  

*** 02:22 

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 7 nəfər ölüb. 

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib. 

Məlumata əsasən, məktəbdə atəş açan şəxs yarı-avtomatik tüfəngdən istifadə edib. 

Yaralıların sayının ən azı 14 nəfər olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir. 

Atəş açan şəxs saxlanılıb, onun adı açıqlanmır. 

*** 01:16 

ABŞ-ın Parkland şəhərində məktəbdə atəş açan şəxs polis tərəfindən saxlanılıb. 

APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər verib 

İlkin məlumata əsasən, insident nəticəsində azı 50 nəfər yaralanıb, 1 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur. 

Hadisə yerində polis və təcili yardım briqadaları işləyir. 

ABŞ prezidenti Donald Tramp hadisə qurbanlarının ailələrinə başsağlığı verib.   

*** 00:58 

ABŞ-ın Parkland şəhərində məktəbdə baş verən atışma nəticəsində azı 1 nəfər ölüb. 

APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər verib. 

İlkin məlumata görə, insident nəticəsində azı 50 nəfər yaralanıb. 

Məktəbdə atəş açan şagird hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

*** 00:36 

ABŞ-da məktəbdə silahlı insident baş verib. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb. 

İlkin məlumata əsasən, məktəbdə baş verən atışma nəticəsində azı 20 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

 





15.02.2018    çap et  çap et