525.Az

"İqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir"


 

"İqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir"<b style="color:red"></b>

2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında deyib. 

Dövlət başçısı burada iqtisadi artımın 4 faizə yaxın olduğunu qeyd edib: “Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. 

Prezident qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir: “Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir”.

 





16.02.2018    çap et  çap et