525.Az

Ərdoğan Türkiyənin Suriya və İraqla bağlı gözləntilərini açıqladı


 

Ərdoğan Türkiyənin Suriya və İraqla bağlı gözləntilərini açıqladı<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Anakarada rəsmi səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar zamanı Suriya və İraqla bağlı Türkiyənin ABŞ-dan gözləntilərini açıqlayıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti administrasiyasındakı mənbə bildirib. 

“Ərdoğan və Tillerson regional problemləri, ilk növbədə, Suriya və İraqı, habelə ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb”, - deyə mənbə bildirib. 

Qeyd edək ki, Ərdoğan və Tillerson arasında qapalı görüş 3 saat 15 dəqiqə davam edib.

 





16.02.2018    çap et  çap et