525.Az

“Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”


 

“Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”<b style="color:red"></b>

Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ indiyədək ittihamlarla bağlı heç bir sübut təqdim etməyib.

“Bu barədə çox danışırlar, lakin mən hələ ki bircə fakt olsun belə görməmişəm. Bu günlərdə ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi qəti şəkildə bildirdi ki, Rusiyanın prezident seçkilərinə müdaxiləsinə dair sübut yoxdur”, deyə S.Lavrov qeyd edib.

Qeyd edək ki, ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Bunlar iş adamı Yevgeni Priqojin və “İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşıdır.

 





17.02.2018    çap et  çap et