525.Az

Tramp: “Rusiya ilə sövdələşmə olmayıb”


 

Tramp: “Rusiya ilə sövdələşmə olmayıb”<b style="color:red"></b>

“Rusiya ilə sövdələşmə olmayıb”. 

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb. 

“Rusiya ABŞ-a qarşı kampaniyaya 2014-cü ildən başlayıb. Bu mənim prezidentliyə namizədliyimdən xeyli əvvəl baş verib. Seçkilərin nəticələrinə təsir olmayıb. Trampın komandası heç bir yanlışlıq etməyib. Sövdələşmə olmayıb”, Tramp yazıb. 

Qeyd edək ki, ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Bunlar iş adamı Yevgeni Priqojin və “İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşıdır.

 





17.02.2018    çap et  çap et