525.Az

"Suriya ordusu Afrinə daxil olacaq"


 

"Suriya ordusu Afrinə daxil olacaq"<b style="color:red"></b>

PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilib. 

APA-nın məlumatına görə, Suriya Dövlət Televiziyası Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrinə daxil olacağı barədə xəbər yayıb. 

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.

 





19.02.2018    çap et  çap et