525.Az

Nazarbayev latın qrafikalı yeni əlifbanı təsdiqlədi


 

Nazarbayev latın qrafikalı yeni əlifbanı təsdiqlədi<b style="color:red"></b>

Qazaxıstan prezidenti Nursultan Nazarabayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb. 

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yeni əlifba 32 hərfdən ibarətdir. 

Qeyd edək ki, Nursultan Nazarbayev ötən ilin oktyabrında qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.  

Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-ci ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.

 





20.02.2018    çap et  çap et