525.Az

Kvirikaşvili: “ABŞ regionda sabitliyə çox böyük önəm verir”


 

Kvirikaşvili: “ABŞ regionda sabitliyə çox böyük önəm verir”<b style="color:red"></b>

“ABŞ regionda sabitliyə çox böyük önəm verir”. 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili strateji kommunikasiya üzrə treninq proqramının açılış mərasimində deyib. 

Hökumət başçısı 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın müdafiə naziri Ceyms Mettislə görüşünü xatırladıb:

“Görüşdə səslənmiş qəti dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. Biz regionda təhlükəsizliklə bağlı problemlər barədə danışdıq. ABŞ bizim regionda sabitliyin təmin olunmasında strateji tərəfdaş kimi Gürcüstana çox böyük önəm verir”.

 





20.02.2018    çap et  çap et