525.Az

Milli Kitabxanada "Əliağa Kürçaylı - 90" sərgisi


 

Milli Kitabxanada "Əliağa Kürçaylı - 90" sərgisi<b style="color:red"></b>

Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının yubileyi münasibətilə "Əliağa Kürçaylı - 90" adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müəllifi olduğu Azərbaycan və rus dilində olan kitabları, sözlərinə yazılmış musiqilər, redaktoru olduğu, tərcümə etdiyi, ön söz yazdığı kitablar və şair haqqında ayrı-ayrı müəlliflərin yazmış olduqları kitablar, qəzet-jurnal materialları sərgilənib.

Sərginin nümayişi həftə ərzində davam edəcək.

 





21.02.2018    çap et  çap et