525.Az

"Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq"


 

"Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq"<b style="color:red"></b>

Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq. 

APA-nın xəbərinə  görə, bunu Efiopiyanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanda akkreditasiya olunmuş səfiri Ayaleu Gobezi Vorknyu (Ayalew Gobezie Workhnew) jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, iki ölkə arasında xüsusilə, biznes, mədəniyyət, infrastruktur  və digər sahələrdə əlaqələrin  inkişafı  üçün səylər göstərilir.  

Keçən ilin noyabr ayında Elmar Məmmədyarovun Efiopiyaya səfərini  xatırladan Səfir deyib ki, gələcəkdə də hər iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlər gözlənilir: " Həmçinin iki ölkənin biznes mühitinin nümayəndələrinin də qarşılıqlı  səfərləri baş tutacaq. Ümid edirəm, bunun sayəsində iki ölkə arasında biznes əlaqələri gücləndiriləcək".

 





22.02.2018    çap et  çap et