525.Az

Sankt Peterburqda terror aktının qarşısı alındı


 

Sankt Peterburqda terror aktının qarşısı alındı<b style="color:red"></b>

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb.   

APA-nın xəbərinə görə, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir. 

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə  hücumlar törətməyi  planlaşdırırmış.   

FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.

 





23.02.2018    çap et  çap et