525.Az

"Azərbaycan" jurnalının yeni sayı


 

"Azərbaycan" jurnalının yeni sayı <b style="color:red"></b>

Bugünlərdə "Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Jurnalın bu sayı da bir-birindən maraqlı ədəbi materiallarla zəngindir.

"Poeziya" bölməsində Fikrət Qoca, Musa Yaqub, Tərlan Əbilov, Rəfail Tağızadə, Tapdıq Yolçu, Ramiz Mövsüm, Emin Akif, Hikmət Məlikzadə və İqbal Nemətin şeirləri çap olunub.

Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın" romanı jurnalın "Nəsr", Firuz Mustafanın "Üç canavar" pyesi "Dramaturgiya" bölməsindədir.

Mərhum şair Əliağa Kürçaylının 90 illik yubileyinə həsr olunmuş xüsusi bölmədə Vaqif Yusiflinin və Əlövsət Bəşirlinin məqalələri yer alıb.

Jurnalın daha bir xüsusi bölməsi Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunub. Bu bölmədə Tahir Abbaslı "Böyük alim və böyük insan" məqaləsi ilə mərhum yubilyarı yad edib.

"Yeni tərcümələr" rubrikasında Qardaşxan Əzizxanlının uyğunlaşdırmasında türkiyəli yazıçı Zeynalabdin Makasın "Muradı gözündə qalanlar" romanı, "Publisistika"da Şəmsi Pənahoğlunun "Cemelli Karerinin "Səfərnamə" əsərində islam həmrəyliyi" məqaləsi təqdim olunub.

"Tənqid və ədəbiyyatşünaslıq" bölməsində Qorxmaz Quliyev "Kontekst və kod" məqaləsinin son, Cəlil Nağıyev "Azərbaycan romanının əsas inkişaf təmayülləri" silsiləsinin ilk bölmələri ilə çıxış edirlər.

Etibar Kərimli "Homeri oxuyarkən"  məqaləsi ilə jurnalın "Söz sənəti korifeyləri" bölməsində, Paşa Əlioğlu "Klassik poeziyamızda qocalıq mövzusu" məqaləsi ilə "Ədəbi irsimizdən" rubrikasındadırlar.

Ənənəvi olaraq ən son nəşrlər haqqındakı məlumatlar jurnalın "Kitab rəfi" rubrikasında yer alıb.

Şahanə MÜŞFİQ

 





23.02.2018    çap et  çap et