525.Az

Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək


 

Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixlərində Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək.

Mərkəzin dəvətilə Arkadi Suçevyanu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçiriləcək.

Moldova ədəbiyyatı ilə bağlı, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən nəşrlər təqdim olunacaq.
Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatı “xüsusi sayı”, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi, eləcə də bir sıra maraqlı görüşlər, tədbirlər planlaşdırılır.

“Moldova Ədəbiyyatı Günləri”nə informasiya dəstiyini ARB və ARB-Günəş kanalları, “Ədəbiyyat qəzeti”, “ayb.az” və “artkaspi.az” saytları, “manera.az” portalı da var.

 





23.02.2018    çap et  çap et