Azərbaycanda insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 25 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb.
Yol qəzalarının böyük əksəriyyəti rayonlarda qeydə alınıb və əsasən sürət həddinin aşılması nəticəsində meydana gəlib.