525.Az

"ABŞ münaqişənin nizamlanması prosesinə daim sadiq olub"


 

"ABŞ münaqişənin nizamlanması prosesinə daim sadiq olub"<b style="color:red"></b>

"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq". 

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. 

Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu münaqişənin tez bir zamanda həlli vacibdir".

 





23.02.2018    çap et  çap et