525.Az

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu


 

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu<b style="color:red"></b>

Bakı şəhərində qanunsuz ağac kəsən şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

 





24.02.2018    çap et  çap et