525.Az

Suriyada 30 günlük atəşkəsə dair qətnamə qəbul edildi


 

Suriyada 30 günlük atəşkəsə dair qətnamə qəbul edildi<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.

Sənədə əsasən, atəşkəs rejimi İŞİD, “Cəbhə ən Nüsrə” və “Əl Qaidə” kimi terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir.  

 

 





25.02.2018    çap et  çap et