525.Az

Martda Bakıda Germanistika İnstitutunun açılış mərasimi olacaq


 

Martda Bakıda Germanistika İnstitutunun açılış mərasimi olacaq<b style="color:red"></b>

Martın 1-də ADU-da Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və Azərbaycan Dillər Universitetinin (ADU) professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziglinde Hartmanın rəhbərliyi ilə Germanistika İnstitutunun açılış mərasimi baş tutacaq.

Tədbirdə Almaniya, Avstriya, İsveçrə səfirliklərinin nümayəndələrinin, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatların və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşlarının iştirakı da nəzərdə tutulub. ADU-da professor Hartmanın Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrin toplandığı kitabın təqdimatı da keçiriləcək.

Professor Hartman martın 6-dan 16-dək ADU-nun tələbə və müəllim heyətinə “Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud” mövzusunda silsilə mühazirələr oxuyacaq. Martın 16-da alman və Azərbaycan ədəbi nümunələri əsasında yekun tədbir baş tutacaq.

Germanistika İnstitutu fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, ADU müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur.

 





25.02.2018    çap et  çap et