525.Az

“Hollandiya parlamentinə etiraz etməliyik”


 

TAHİR KƏRİMLİ: “BU, TÜRKİYƏ QƏDƏR, BİZİM DƏ MƏSƏLƏMİZDİR”

“Hollandiya parlamentinə etiraz etməliyik”<b style="color:red"></b>

“Ermənilər xristian amilindən sui-istifadə edirlər”.

Bunu Milli Məclisin (MM) sədri Oqtay Əsədov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

O.Əsədov qeyd edib ki, hazırda MM-in bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir.

Spiker deyib ki, iclasdan sonra da bir neçə deputat Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda iştirak etmək üçün səfər edəcəklər: “Onu da qeyd edim ki, hazırda Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq”.

Ermənistanın işğalçılıq siyasətindən danışan spiker əlavə edib ki, ermənilər xristian adından sui-istifadə edirlər, özlərinə qondarma ad qoyurlar.

Millət vəkili Tahir Kərimli isə  Hollandiya parlamentinin uydurma erməni soyqırımını tanıması ilə bağlı qəbul etdiyi qanun layihəsinə etirazını bildirib.

T. Kərimlinin sözlərinə görə, bəzən çox təəssüf ki,  bu məsələnin Türkiyəyə aid məsələ olduğunu deyərək, yaxamızı kənara çəkirik: “Amma bu, belə deyil. Bu, Türkiyə qədər, bizim də məsələmizdir. Ona görə Türkiyəyə həmrəylik əlaməti olaraq Hollandiya parlamentinə öz etirazımızı bildirməliyik. Eyni zamanda, Türk-İslam birliyini möhkəmlətməliyik. Necə ki, bütün dünyanın hər yerində xristian təəssübkeşliyi var, türk-müsəlman birliyi də olmalıdır. Ona görə də biz də birləşməliyik. Bu coğrafiyada birliyimiz artmalıdır. Hamını milli birliyə çağırıram”.

Kamil HƏMZƏOĞLU

 





25.02.2018    çap et  çap et