525.Az

ABŞ prezidentinin reytinqi rekord həddə aşağı düşüb


 

ABŞ prezidentinin reytinqi rekord həddə aşağı düşüb<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın reytinqi növbəti dəfə rekord həddə aşağı düşüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, SSRS mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, D.Trampın fəaliyyətini respondentlərin cəmi 35 faizi dəstəkləyib.

Qeyd olunan göstərici bundan əvvəl ötən ilin dekabrında qeydə alınmışdı. 2018-ci ilin yanvarında 5 faiz artan reytinq bir ay sonra yenidən aşağı düşüb.  

Təmsil olunduğu Respublikaçılar partiyasında ABŞ prezidentini hazırda 80 faiz, Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dəstəkləyir. 

 





26.02.2018    çap et  çap et