525.Az

BANM-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir


 

BANM-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir <b style="color:red"></b>

Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Ali Məktəbin rektoru Elmar Qasımov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb.

Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırımı olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. 

E. Qasımov ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.

 





26.02.2018    çap et  çap et